
Namizədlər proqram təminatı tətbiq edilməklə 60 dəqiqə vaxt ərzində 40 sualdan ibarət test tapşırığını cavablandırıblar. Bir neçə qrupda keçirilən imtahanda iştirakçılara müvafiq test bankından götürülmüş müxtəlif suallar təqdim olunub.
İmtahana gələrkən namizədlərin şəxsiyyətlərini təsdiq edən sənəd yoxlanılıb, mobil telefonları təhvil alınıb, karantin qaydalarına uyğun olaraq dezinfeksiya olunduqdan sonra ara məsafəsi gözlənilməklə imtahan zalına buraxılıblar. Şəffaflığın təmin olunması məqsədilə imtahan prosesinin videoçəkilişi aparılıb.
Qeyd edək ki, nəticələrin emalı prosesi yekunlaşdıqdan sonra yaxın günlərdə cavablar namizədlərin "Şəxsi kabinet"inə göndəriləcək. Müvafiq vəzifələr üzrə keçid balından yüksək nəticə göstərən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.