Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şəhidin evindən oğurluq edən şəxs saxlanılıb - Video

Ötən ay Qusarda fala baxmaq adı ilə insanları aldadaraq pullarını mənimsəyən qadın saxlanılıb.
RegionTV.info  xəbər verir ki, dələduzluqla məşğul olan Aygün Məmmədovanın qurbanlarından biri də Vətən müharibəsi şəhidi Çoban Nurmətovun ailəsi olub.
Özünü falçı kimi təqdim edən Aygün Məmmədova şəhidin ailəsinin yaşadığı evə gələrək orada şər qüvvələr olduğunu deyib. Daha sonra fala baxmaq adı ilə evə daxil olub və 11 800 manat pul oğurlayıb. Məlum olub ki, oğurlanan pul ailənin xəstə övladının müalicəsi üçün nəzərdə tutulmuşdu.
Qeyd edək ki, şəhid Çoban Nurmətov Qusarın Cibir kəndində dünyaya gəlib. O, Vətən müharibəsi zamanı oktyabrın 23-də şəhidlik zirvəsinə ucalıb. Şəhidimiz Prezidentin sərəncamları ilə  "Vətən uğrunda", Şuşanın, Cəbrayılın, Füzulinin, Xocavəndin azad olunmasına görə medallarla təltif olunub. Baş gizir Nurmətovun şəhidliyindən 50 gün sonra qızı Fatimə dünyaya gəlib.
Özünü falçı kimi təqdim edən qadının şəhid ailəsindən oğurluq etməsi ilə bağlı Space Tv-də yayımlanan "Gündəm Amil Xəlil ilə" verilişi süjet hazırlayıb:               

[media=https://youtu.be/Mr5b2kSpsGg]

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də