RegionTV.info
Hövsan Yaşayış Kompleksinin 1 saylı binası üzrə 13, 4 saylı binası üzrə 36, 5 saylı binası üzrə 87, 6 saylı binası üzrə 30, 7 saylı binası üzrə 77, 8 saylı binası üzrə 16, 9 saylı binası üzrə 16, 10 saylı binası üzrə 16 və 11 saylı binası üzrə 16 mənzil olmaqla, ümumilikdə 307 mənzilin satışı prosesi başa çatıb.
Mənzil İnşaatı Dövlət Agentliyindən Oxu.Az-a verilən məlumata əsasən, satışa çıxarılan 307 mənzilin seçimi "Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən "Güzəştli mənzil” elektron sistemi vasitəsilə həyata keçirilib.
"Güzəştli mənzil” sistemində elektron kabinet əldə etmiş şəxslərin sayı 19 142 nəfərdir. Bugünkü satış zamanı 307 mənzilin seçimində iştirak edənlərin sayı 1 150 nəfər olub. Seçilmiş 307 mənzilin 245-i vətəndaşlar tərəfindən imzalanaraq ərizələri təqdim edilib.
"Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi isə 6 iyul 2021-ci il tarixində saat 11:00-da başlayacaq və 15 iyul 2021-ci il tarixi saat 11:00-dək davam edəcək.
Qaydaya əsasən satış müddətində seçilmiş bir mənzil həmin elan çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər.
Xəbəri paylaş