Sosial mediada Tarif Şurasının qiymət artımına qarşı aksiya başladılıb.
RegionTV.info xəbər verir ki, sosial şəbəkə istifadəçiləri “Facebook”da #etirazedirem həştəqi ilə postlar paylaşaraq, öz etirazlarını bildirirlər.
Ötən gündən başladılan aksiyaya artıq xeyli sayda etirazçı cəlb olunub.
Qeyd edək ki, Tarif Şurasının yeni qərarına əsasən, istehlakçılar üzrə təbii qazın illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün tarif dəyişdirilməyib və hazırkı (1 kub metr üçün 10 qəpik) səviyyədə saxlanılıb. İstehlak edilən qazın 1200 - 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 1 kub metr üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib.
Xəbəri paylaş