RegionTV.info
Tovuz rayonunda ölüm hadisəsi baş verib.
Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax magistral yolunun rayonun Alakol kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Ford” markalı sərnişin avtobusu ilə "VAZ-2107" markalı minik avtomobilinin toqquşması nəticəsində 1970-ci il təvəllüdlü Məmmədov Namiq Balakişi oğlu, 1933-cü il təvəllüdlü Mirzəyev Təhmuraz Tofiq Oğlu və 1990-cı il təvəllüdlü Məmmədli Məhəmməd Aslan oğlu xəsarət alaraq Tovuz Rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Həkimlərin səyinə baxmayaraq, 51 yaşlı Namiq Məmmədov xəstəxanada dünyasını dəyişib. Digər xəstələrin vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş