Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

18 yaşdan yuxarı oğlanlar Azərbaycan Ordusuna TOPLANMAĞA BAŞLADI - Prezidentin sərəncamı İŞƏ DÜŞDÜ

Prezident İlham Əliyevin iyunun 17-də imzaladığı "Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" sərəncama əsasən, bu gündən Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayır.
RegionTV.info  xəbər verir ki, sərəncama uyğun olaraq, 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986-2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2021-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Eyni zamanda “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2021-ci il iyulun 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
Artıq müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar iyunun 25-30 tarixlərində Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı SHXÇDX tərəfindən SMS vasitəsilə məlumatlandırılıblar.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də