Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda saçını rəngləyən oğlanı bıçaqladılar - FOTO

Bakıda bıçaqlanma hadisəsi olub.
RegionTV.info xəbər verir ki, hadisə iyunun 29-u saat 21:30-da paytaxtın Qaraçuxur qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakini Abbasxan Hümbətov tanımadığı 2 nəfər tərəfindən bıçaqlanıb.
Bu barədə zərərçəkmiş özünün sosial şəbəkə hesabında paylaşım edib. O, paylaşımda saçlarını mavi rəngə boyadığı üçün bıçaqlandığını iddia edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, hazırda hadisəni törədən şəxslərin tapılması istiqamətində araşdırmalar davam etdirilir: "Araşdırmaların sonunda ictimaiyyətə əlavə məlumat veriləcək".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də