
RegionTV.info xəbər verir ki, bunu ISNA-ya açıqlamasında Məşhəd Tibb Elmləri Universitetinin rektor müavini Mehdi Kelyan deyib.
“Təəssüf ki, dünən axşam Məşhəddə 10-dan çox “Delta” ştammına yoluxma müəyyənləşdirildi”, - o qeyd edib.
O bildirib ki, testlər təhlil olunması üçün paytaxt Tehrana göndərilib:
“Sözügedən yoluxmaların “Delta” ştammı olduğundan əminik, ancaq yekun rəy Tehran tərəfindən verilməlidir”.