Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 87 yeni yoluxma faktı qeydə alınıb, 70 nəfər müalicə olunaraq sağalıb.Nazirlər Kabineti yanında Operativ Qərargahdan RegionTV.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 335961 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330193 nəfər müalicə olunaraq sağalıb, 4973 nəfər vəfat edib, aktiv xəstə sayı 795 nəfərdir.


