Samux rayonunda bıçaqlanma hadisəsi baş verib.
RegionTV.info xəbər verir ki, rayonun Hacıalılı kənd sakini, 1992-ci il təvəllüdlü Allahverdi Yusibov rayonun Lək kənd sakini Elçin Qəmbərovu bıçaqlayıb.
Yaralı qarının daxilinə keçən bıçaq zərbəsi alıb.
Samux RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış nəticəsində A.Yusifov saxlanılaraq istintaqa təhvil verilib.
Xəbəri paylaş