Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İlham Əliyev Nigeriyanın dövlət başçısını təbrik edib






Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nigeriya Federativ Respublikasının Prezidenti Muhammadu Buhariyə təbrik məktubu ünvanlayıb. 

Mətndə deyilir: 

"Hörmətli cənab Prezident,

Nigeriya Federativ Respublikasının müstəqilliyinin 60-cı ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin, beynəlxalq təsisatlar, xüsusən də İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əlaqələrin inkişafı üçün imkanlar mövcuddur.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza daim rifah və əmin-amanlıq arzulayıram".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də