Yük daşıyan maşınlar toqquşdu, kəndçinin qarpızları yola səpələndi - FOTOLAR
Tarix: 27-06-2021, 19:28Xəbərə baxış: 112
Bakı-Qazax-Gürcüstan magistral yolunun Hacıqabul rayonu ərazindən keçən hissəsində (əks istiqamətdə) avtomobil qəzası baş verib. RegionTV.info xəbər verir ki, qarpız daşıyan "Qazel" markalı maşınlar Hacıqabulun Pirsaat kəndi ərazisində toqquşub. Nəticədə avtomobillərə ciddi ziyan dəyib, qarpızlar yola tökülüb. Qəza zamanı ölən və yaralanan olmasa da yolda kiçik tıxac yaranıb.