RegionTV.info
Tural Zeynalov hər ay neçə-neçə ailəyə yardım edir əl uzadır. Bu sözləri Hacı Nuran öz profil səhifəsində yazıb. SİTAT: ...Mən Tural Allahverdi oğlu Zeynalovu @zeynalov8470 illərdir tanıyıram ... Şəmkirdə yerləşən Qala istirahət mərkəzinin @qala_ailevi_istirahet_merkez sahibidir ... Yaralı adamdır Tural ... Ötən il anasını itirib, xəstə atasına baxır ... Bu həmin Tural Zeynalovdur ki, Tovuz hadisələrində şəhid olan oğullarımız üçün öz vəsaiti hesabına ev tikib ... Bu, həmin Tural Zeynalovdur ki, Tovuzun Ağdam kəndində tövlədə yaşayan şəhid qızına öz əlləri ilə ev ucaldıb ... Bu həmin Tural Zeynalovdur ki, Qala istirahət mərkəzinin ərazisində cənnət yaradıb və oraya gələn müştərilərə şəxsən özü qulluq edir ... Və bu həmin Tural Zeynalovdur ki, yaratdığı "Şəmkir Xeyriyyəçilər Cəmiyyəti" ilə hər ay neçə-neçə ailəyə yardım edir, əl uzadır ... Tural ədalətlidir, səxavətlidir, vətənpərvərdir ... Tural mərhəmət və insanlıq nümunəsidir ... Tural Zeynalov mənim həyatımda özəl yeri olan bir insandır ... O adam kimi adamdır yəni ... Tural təkcə dar günün deyil, şad günün də dostudur ... Günün hansı saatında zəng etsən, yanına gələcək, köməyə qaçacaq adamdı Tural ... Qala mərkəzi isə onun evidir ... Çünki buradakı bütün şəraiti o öz əlləri ilə yaradıb ... Qoçaq, zəhmətkeş adamdı Tural Zeynalov ... Tural yaxşı dost olduğu kimi, yaxşı ata, misilsiz vətəndaşdır ... Atasına çox bağlıdır onlar ... Turalın qanı qara olanda, işləri tərs gətirəndə övladları da özlərinə yer tapmırlar ... Çünki onun övladları da özü kimi həssas, insanpərvər gəncdirlər ... Yaxşı ki tanımışam səni əziz dost ..SİTATIN SONU
Xəbəri paylaş