
"Delta" ştammı lap çox hüceyrələri məhv edir, insan (bu ştamma yoluxan - red.) daha çox şəxsi, daha sürətlə yoluxdura bilər", - Vuynoviç deyib.
"Biz hələ pik zirvəni görmürük, virus sürət yığır. İndi reaksiya vermək lazımdır", - o qeyd edib.
"Vaksinləmə, üstə gəl maska rejimi, çünki “delta” ilə (mübarizədə) peyvənd kifayət deyil. İndi qısa vaxt ərzində səyləri qoymaq lazımdır, əks təqdirdə lokdaun olacaq", - mütəxəssis vurğulayıb.
O əlavə edib ki, vaksinləmə lazımdır, çünki virusun ötürülməsi imkanı azalır və xəstəliyi ağır formada keçirmə ehtimalı da minimuma enir.
"Yalnız ümumi immunitet və davranış dəyişikliyi. Bu o deməkdir ki, yayılmanı azaltmaq üçün hətta əlavə tədbirlər lazım olacaq", - o qeyd edib.