Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

26 iyun silahlı qüvvələr günü: Kəlbəcər R.İ.H və S.H.X.Ç.D.Xidmətinin birgə təşkilatçılığ ilə tədbir VİDEO



Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu ötən il sentyabrın 27-də düşmən tapdağı altında olan torpaqlarımızı azad etmək üçün başladığı zəfər yürüşü 44 gün sonra qalibiyyətlə başa çatdı. Hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu mənfur düşməni darmadağın edərək 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etdi, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi.         Kəlbəcər rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin  birgə təşkilatçılığı ilə 26 iyun Silahlı Qüvvələr günü münasibəti ilə Vətən Müharibəsi şəhidlərinin ailələri ilə, Vətən Müharibəsi  iştirakçıları və qaziləri ilə xüsusi karantin qaydalarına  riayət edilməklə görüş keçirilmişdir. Əvvəlcə Kəlbəcər rayon İcra Hakimiyyətinin inzibati binasında Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə tər güllər düzülüb.Daha sonra Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər RİH-in əməkdaşları, rayonun hüquq-mühafizə  orqanlarının rəhbərlərinin və qaziləri iştirakı ilə Gəncə şəhərində yerləşən Kəlbəcər şəhidlərinin abidə komplekini, Göygöl rayon şəhidlər xiyabanını və Göygöl rayon Murovdağ qəsəbəsində Kəlbəcər şəhidlərinin abidəsi ziyarət edilib, şəhidlərimizin ruhlarına dualar oxunaraq, məzarları üzrəinə güllər düzülüb. Kəlbəcər rayon Mədəniyyət sarayında keçrilən görüşdə dövlət himni səsləndirilmiş və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.Tədbirdə çıxış edən Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev bildirmişdir ki, 103 illik tarixi olan bayramı ilk dəfədir ki, böyük Zəfər qazanmış xalqın təmsilçiləri kimi qarşılayırıq. Artıq bayramın   ildönümünü Qarabağda qeyd etməyi arzulamayacağıq. Çünki 30 illik  bu   arzumuzu Müzəffər Ali Baş Komandanımız və onun rəhbərlik etdiyi Azərbaycan Ordusunun müsəlləh əsgər və zabitləri böyük şücaətlə həyata keçirdilər. Artıq Qarabağ xalqımız üçün arzu deyil, reallıqdır. Bu reallığı təmin edən Prezidentimiz, müzəffər Ali Baş Komandanımıza, fədakar əsgər və zabitlərimizə bir daha sonsuz minnətdarlığımızı bildiririk. Eyni zamanda Vətən Savaşında qurban gedən   şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik. Vətən savaşı sübut etdi ki, Azərbaycan Ordusu nəinki Qafqaz regionunun ən güclüsüdür, əslində, dünyanın ən peşəkar, ən qətiyyətli ordularından biridir.   Ali Baş Komandanımız İlham Əliyev   Ulu Öndər Heydər  Əliyevin müqəddəs ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində öz səylərini daha da artırmış, Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olmuşdur. Rayon İcra Hakimiyyətinin Başçısı həmçinin qeyd etdi ki, möhtərəm Prezidentimiz İlham Əliyev ölkəmizdə Ordu quruculuğu siyasətini elə bir zirvəyə ucaltdı, elə bir Zəfərlə taclandırdı ki, artıq dünya bizim gücümüzlə hesablaşır. Biz artıq hərb sahəsində öyrənmirik, əksinə, öyrədirik. Dünyada nümunə kimi qəbul olunuruq, örnək model yaradırıq. Müzəffər Ali Baş Komandanımızın «Dəmir yumruğu» elə Azərbaycan dövlətinin, Azərbaycan Silahlı Qüvvələrinin dəmir yumruğudur. Sizin bu dəmir yumruğunuz tək Azərbaycana deyil, bütün Qafqaza sülh, ədalət, inkişaf gətirir. Daha sonra çıxış edən şəhid valideyinləri və Vətən Müharibəsi qaziləri ölkə başçısı, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında ordumuzun Vətən müharibəsində göstərdiyi tarixi qəhrəmanlığa diqqət çəkib, Azərbaycan xalqının qeyrətli oğullarının müstəqil dövlətimizin ərazi bütövlüyü uğrunda mübarizə apardığını bildiriblər. Bu qəhrəmanlığın Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunduğunu qeyd ediblər. Medalların təqdim etmə mərasimində Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Müzəffər Ali Baş Komandanımız, Cənab İlham Əliyev tərəfindən medallarlala təltif edilmiş Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərə və müharibə iştirakçılarına medalları təqdim edilib.        Vətən Müharibəsi şəhidlərinin valideyinləri, qazilər və iştirakçılar onlara göstərilən diqqət və qayğıya görə  Ölkə Başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.










Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də