Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

SON DƏQİQƏ! Tehran Mənsimov SİRLƏRİ AÇDI: " Çox təssüflər olsun..."

RegionTV.info                                                                                                     
Bu gün mətbuatda dərc olunan məlumata görə Baş nazir Əli Əsədov Şuşanın azadlığı uğrunda aparılmış döyüşlərin fəal iştirakçısı Tehran Mənsimova lüks avtomobil hədiyyə edib.
 
Məlumata deyilirdi ki, Ə.Əsədov T.Mənsimova son model “Lexsus” markalı bahalı maşın bağışlayıb. Baş nazir bu addımı T.Mənsimovun İkinci Qarabağ döyüşlərində göstərdiyi şücaətinə görə atıb. Veteninfo.az-a özəl olaraq danışan Tehran Mənsimov bildirib ki,yayəlan məlumatın heç bir əsası yoxdu və ona hansısa avtomobil bağışlanmayıb: “Bu məlumatı hardan alıblar bilmirım.Amma inu bilirəm ki,belə bir yalanla haqqımda olmayan bir informasiya yaymaqla məni çox ciddi rahatsız etmiş oldular.
Biz Vətən yolunda bir əsgər olaraq,bir döyüşcü olaraq borcumuzu yerinə yetirmişik.Bu hər bir Azərbaycan oğlunun,Azərbaycan əsgərinin müqəddəs borcudu.Ona görə də belə xəbərlərlə adımızın hallanması doğru deyil. Ən azından sizin kimi zəng edib məlumatın doğru olub,olmadığını öyrənə bilərdilər. Çox təssüflər olsun yalan və həqiqət olmayan bir xəbər yayıblar”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də