Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Spirtli içkidən 11 nəfər zəhərləndi: ölən var

Tekirdağın Çorlu mahalında, saxta sipirtli içkidən 11 nəfər zəhərlənib.                               
RegionTV.info xəbər verir ki, Türkiyədə saxta spirtli içkidən zəhərlənən 11 nəfər xəstəxanaya aparılaraq reanimasiya şöbəsinə yerləşdirilib. 
Zəhərlənən şəxslərin birinin həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib. Ölən şəxs 26 yaşlı Pakistan vətəndaşıdır.
Müalicəsi davam etdirilən digər 10 nəfərin şəxsiyyəti müəyyənləşməyib.
Zəhərlənən şəxslərin polisə verdikləri məlumatdan sonra Hıdırağa Məhəlləsində saxta içkilərin satıldığı iddia edilən köşkdə axtarış aparılıb. Aparılan axtarış nəticəsində 27 litr saxta içki və 30 min tütünlə dolu makaron paketləri ələ keçirilib. Hadisə ilə əlaqədar iki nəfərin həbs olunduğu deyilir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də