“Müharibəni başlamışıq və istəyirik ki, torpaqlarımızı işğaldan azad edib, ərazi bütövlüyümüzü bərpa edək”
Bunu Moderator.az-a açıqlamasında Qarabağ müharibəsi veteranı “Qəmlo” ləqəbi ilə tanınan keçmiş döyüşçü Şahin Ağayev deyib. O, döyüşçü yoldaşlarıyla birlikdə döyüşə getmək üçün ölkə başçısına müraciət etdiklərini bildirib:
“Mən əsgərlərimizə həmişə dəstəyəm. Allah onları qorusun. Müharibəni başlamışıq və istəyirik ki, torpaqlarımızı işğaldan azad edib, ərazi bütövlüyümüzü bərpa edək. Mən həmişə döyüşə getməyə hazıram, indi də hərbi forma əynimdədir. Amma hələ ki, aparmırlar. Oğlum hərbçidir, indi döyüşdədir. Hazırda Azərbaycan Vətən Müharibəsi İctimai Birliyinin sədrinin müşaviri işləyirəm. Altmış yeddi min müharibə veteranı müharibəyə getmək üçün Ali Baş Komandanımıza müraciət edib. “Qan ağlayıram” ki, məni də müharibəyə aparsınlar. Mən çox istəyərdim ki, bizim şanlı bayrağımız işğaldan azad edilən torpaqlarımızda dalğalansın. Bunu bütün döyüşçü yoldaşlarım arzulayır”.
Qeyd edək ki, Ş.Ağayev eyni zamanda, şəhid Rəşad Cəfərzadənin dayısıdır.