Baş nazir Əli Əsədov Şuşanın azadlığı uğrunda aparılmış döyüşlərin fəal iştirakçısı Tehran Mənsimova lüks avtomobil hədiyyə edib.
RegionTV.info-nun əldə etdiyi məlumata görə, Ə.Əsədov T.Mənsimova son model “Lexsus” markalı bahalı maşın bağışlayıb. Baş nazir bu addımı T.Mənsimovun İkinci Qarabağ döyüşlərində göstərdiyi şücaətinə görə atıb.
Qeyd edək ki, polkovnik T.Mənsimov Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Döyüş Hazırlığı və Tədris İdarəsinin rəisi vəzifəsindən azad olunaraq, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində fəaliyyətə başlayıb.
O, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə, 2005-ci ildə "İgidliyə görə", 2017-ci ildə "Vətən uğrunda", 2020-ci ildə Şuşanın azad olunmasına görə", 2021-ci ildə “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Həmçinin Vətən müharibəsindəki qəhrəmanlığına görə 2020-ci ildə ona Ölkə Başçısının sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni verilib.
Xəbəri paylaş