Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Baloğlan Əşrəfov sən demə belə vəfat edib - Oğlu danışdı

Mərhum Əməkdar artist Baloğlan Əşrəfovun oğlu Peyman Əşrəfov "Günün sədası" proqramına qatılıb.
RegionTV.info xəbər verir ki, o, atasının xəstəliyindən danışıb. Peyman bildirib ki, atası 18 gün evdə yatıb və həkimə getməkdən qorxub:
"Mən də koronavirusa atamdan yoluxdum, çox ağır keçirtdim. Atam xəstəxanaya getmirdi, deyirdi ki, nə problem olsa evdən çıxmaq istəyirəm. Öz arzusu oldu ki, evdə qalsın. Xəstəliyin 18-ci günü rəhmətə getdi. Əvvəl yaxşı idi, birdən-birə halı dəyişdi. Məcbur etdik ki, həkimə gedək, razılaşmadı. Dedi ki, məndən bezmisiniz evdən qovursunuz. 12-ci gün ağırlaşdı, evə aparat gətirdik. Dünyasını dəyişəndə həkim də var idi evdə. Atamda boğulma olmadı, başını qoydu və getdi. Ola bilər ki, ya şəkəri qalxdı, ya da qaraciyəri işləmədi. Qaraciyər köçürməsindən sonra ağır müalicə almışdı. Son 2 saatda halı çox pisləşdi, xəstəxanaya yığdıq ki, aparaq. Xəstəxanada yer hazır edildi. Amma təcili yardım çatdırmadı. Maşın həyətə çatanda, dünyasını dəyişdi.
Hər zaman oğluma baxıb deyirdi ki, 70 yaşımı görməyəcəm. Kaş nəvəm bir az böyük olardı, efirlərə özümlə aparardım. Deyirdi, Baloğlanın (nəvəsi - red.) məktəbə getməyini görməyəcəm.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də