
RegionTV.info xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 4225 hərbi qulluqçu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.
Təltif edilənlərin 1-i general-leytenant, 3-ü general-mayor, 4-ü polkovnikdir.
“Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilən generallar:
Osmanov Nizam Ramazan oğlu – general-leytenant
Cavanşir Zaur Sabir oğlu – general-mayor
Əfəndiyev Ənvər Zəkəriyyə oğlu – general-mayor
Əliyev Azər Əli oğlu – general-mayor