
Faktla bağlı hazırda Xətai rayon prokurorluğunda araşdırma aparılır. Araşdırmanın gedişatı və nəticəsinə uyğun olaraq qanuni qərarın qəbul edilməsi, bu barədə ictimaiyyətə məlumatın verilməsi təmin ediləcək.
Qeyd edək ki, həmin şirkətdə mühasib işləyən E.Məmmədov intihar etmədən öncə məktub yazıb.
Məktubda qeyd edilir: "Hər şey bura qədərmiş. Həyat bəlkə də çox gözəldir, amma mən yaşamağı bacarmadım. Özünüzə yaxşı baxın. Möhkəm olun, mənə görə pis olmayın. 22 il də bəs edər. Ata, mama, qardaşım, sizi çox istəyirəm”.