Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Zamirə Ədilova vəzifəsindən ayrıldı

Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zamirə Ədilova vəzifəsindən ayrılıb.
RegionTV.info xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Karyeramın son iki ilini həsr etdiyim Bakı Ali Neft Məktəbi (BANM) ilə bu gündən etibarən yollarımız ayrıldı. Fərqli mühit, dinamizim, yeni dostlar, maraqlı təcrübə üçün Ali Məktəb heyətinə, tələbə və məzunlara minnətdarlığımı bildirirəm!

Çalışdığım şöbənin hər bir əməkdaşı, təcrübə və xoş emosiyalarını əsirgəməyən bütün digər həmkarlarımla eyni çətir altında olmaqdan, onların həyatıma bəxş etdiklərindən olduqca məmnunam. Əminliklə deyə bilərəm ki, yenə də qazandığım yaxşı dostlar oldu! Mənim üçün fərqli bir marafon idi.

Nazirlikdən işdən ayrılanda fasilə vermək imkanım olmamışdı. İndi özümə bir müddətlik bu imkanı vermək məcburiyyətindəyəm, bir az səhhətimdə yaranan problemlər, bir az istirahət etmək istəyi, yeni təklifləri daha rahat dəyərləndirə bilməyim üçün belə bir qərar qəbul olundu”, – o bildirib.

Qeyd edək ki, Z.Ədilova bu vəzifədə iki il çalışıb. Bundan əvvəl isə uzun müddət – 2008-2019-cu illərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində işləyib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də