Prezidentin bu sərəncamı Kəlbəcərə qayıdışı sürətləndirəcək
RegionTV.info Bilirsiniz ki, müharibədən sonra Azərbaycan və Ermənistan arasında sərhəd xəttinin müəyyənləşdirilməsi və Azərbaycan sərhədçilərinin sərhədlərimizdə mövqe tutması üçün sistemli iş aparılır. Ermənistan tərəfi isə bu prosesi pozmaq və Azərbaycana aid olan əraziləri hansısa yollarla yenə də öz nəzarətində saxlamaq üçün müxtəlif təxribatlara əl atır. Doğrudur, bu təxribatların qarşısı ordumuz tərəfindən qətiyyətlə alınır. Ancaq görünən odur ki, bu təxribatlar davam edə bilər. Xüsusilə, Kəlbəcər rayonu istiqamətində ermənilərin təxribatçı fəaliyyəti görünməkdədir. Ərazinin, keçid yolarının minalanmasına cəhdlər, ikisi jurnalist, biri dövlət məmuru olmaqla, Azərbaycan vətəndaşlarının minaya düşməsi faktlı bu ərazidə etibarlı sərhəd qorunmasını tələb edir. Bu işdə elektrik enerjisi təminatı vacibdir. Sərəncamı zəruri edən də əsasən bu səbəblərdir. Rayon ərazisində elektrik enerjisi təchizatının qurulması həm digər sahələrdə infrastruktur işlərinin sürətlənməsinə, həm də, Kəlbəcərə qayıdış prosesinə müsbət təsirini göstərəcək. Bu baxımdan, kəlbəcərlilər adından Cənab Prezidentə öz minnətdarlığımızı çatdırmaq istəyirəm.