Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şəmkirli iş adami polis tərəfindən haqsızlığa məruz qaldı-FOTO

Şəmkir rayonunda yerləşən və sahibkar Tural Zeynalova məxsus “Qala” restoranında təşkil olunan toy məclisi ilə bağlı polisin keçirdiyi əməliyyat zamanı restoranın sahibi və onun atası Allahverdi Zeynalovun döyülərək xəsarət alması haqda sosial şəbəkələrdə məlumat yayılıb.                 
RegionTV.info Doğru.az saytına istinadən xəbər verir ki, Tural Zeynalovun qardaşı Vüsal Zeynalovun verdiyi məlumata görə deyilən iddialar əsassızdır Qala restoranında toy məclisi keçirilməyib. Tural Zeynalov her zaman qanunlara hörmət edən dövlətinin yanında olan xeyriyyəçi iş adamı olub. Şəmkir polis şöbəsinin rəis müavini Elşən Süleymanov ondan restoran ile bağlı əsassız yerə  rüşvət tələb edib. Tural Zeynalov həmin rüşvəti vermədiyinə görə ona qarşı hüquqi qaydaları pozaraq bele bir məkrli əməliyyat təşkil olunub.  Elşən Süleymanov öz əməliyyat qrupu ilə restoranın qapılarını qıraraq ora daxil olub hər kəsi bibər qazı ilə zəhərləyiblər. Həmin vaxt orda şəhid ailəsi də olub və bibər qazı ilə onlarıda zəhərləyiblər. Şəhid ailəsi polisə ciddi narazılığını bildirəndə polisin müqaviməti ilə üzləşib. Hadisə vaxtı orda ailəsi ilə istirahət edən ailələr polisin hərəkəti ilə bağlı şikayət ərizələri yazıblar. İnsanlar istirahət etdikləri vaxt hücum edərək əsassız yerə insanları qorxuya salan Şəmkir polis şöbəsinin rəis müavini Elşən Süleymanov və onun hüququ pozan dəstəsi ölkəmizdə qanunun aliliyi prinsipini şübhə altına salaraq hüquqi dövlət imicimizə ciddi ziyan vurublar.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də