RegionTV.info
Diplomatik mənbələrdən Azsiyaset.com-a daxil olan məlumata görə, Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov geri çağırılıb.
Məlumatın doğru olub-olmadığını öyrənmək üçün Azsiyaset.com səfir Q.Osmanovla əlaqə saxlayıb.
O, jurnalistin sualına aqressiv şəkildə cavab verərək heç nədən xəbəri olmadığını bildirib:
“işiniz-gücünüz yoxdur? Niyə öz işinizlə məşğul olmursunuz? Mənim heç nədən xəbərim yoxdur”.
XİN–in mətbuat katibi Leyla Abdullayeva isə saytımıza açıqlamasında səfir Q.Osmanovun geri çağırılmasından xəbərsiz olduğunu bildirib: “Məndə belə bir məlumat yoxdur”.
Qeyd edək ki, Q.Osmanov 2016-cı ildə Azərbaycanın Moldovada fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.
Xəbəri paylaş