Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yevlax polisi mühüm əməliyyat keçirdi

Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən RegionTV.info-ya  bildirilir ki, daxil olan məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, rayonun Havarlı kəndində yaşayan, əvvəllər məhkum edilmiş Elçin Şəfizadə saxlanılıb.
E.Şəfizadənin kənd ərazisində yerləşən evinin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan aqrotexniki qaydada yetişdirilmiş uzunluğu 30 sm-dən 210 sm-dək, ümumi çəkisi 155 kiloqramdan artıq olan 183 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.
Faktla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də