
RegionTV.info-nun əldə etdiyi məlumata görə, filmin çəkilişlərinin bir hissəsi Tərtər rayonunda lentə alınıb. Çəkilişdə CNN TÜRK-ün müxbiri Fulya Öztürk də iştirak edib. Çəkilişin əsas hissəsi 44 günlük Qarabağ müharibəsi vaxtı ermənilərin müntəzəm atəşə tutduğu pambıq zavodunda aparılıb. Çəkiliş aparıldığı müddətdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov F.Öztürklə görüşüb. Azərbaucan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasındakı əməyinə görə xanım jurnalistə təşəkkür edib.

