Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Tahiroviçdən SƏRT REAKSİYA: "Fulya müzakirə mövzusu ola bilməz" - FOTO

"Bir neçə gündür müəllifi olduğum "Fulya" adlı sənədli filminin müzakirəsi gedir. Çəkilişlərdə olduğum üçün xüsusi reaksiya vermirdim. Amma və lakin..."                                                                                                                                    
RegionTV.info xəbər verir ki, bunu Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə heyətinin üzvü, kinorejissor Tahir Tahiroviç deyib.
Onun sözlərinə görə, bu film Mədəniyyət Nazirliyinin həyata keçirdiyi müsabiqədə qalib olan filmlərdən biridir:
"Əgər layihə müsabiqədə jüri tərəfindən qalib elan olunubsa, burda nazirliyin heç bir günahı yoxdur. Qalib olan proyekti maliyyələşdirməyə borcludur. Əgər biz "Azərbaycanfilm" olaraq istəkli olmuşuqsa ki, Fulya Öztürk haqqında film çəkək, burda onun nə günahı var? Mən təklif etmişəm, o da qəbul edib. Sözünüz varsa, mənə deyin. Fulya müzakirə mövzusu ola bilməz. Çünki ideya və müəllif mənəm. Fulya Öztürkün müdafiəsinə ehtiyac yoxdur. O, müdafiə olunmağı yaxşı bilir, çünki peşəkar təhsil görmüş hərbi jurnalistdir. Qısası, nə sualınız olsa mən bütün sutka ərzində hazıram. Söz yox ki, istənilən şəxs mənə sual ünvanlıya bilər - niyə Fulya? Arxayın olun ki, kimliyinizdən asılı olmayaraq cavabınızı alacaqsız".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də