Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Oğuzda avtomobil kombayna çırpılıb

Oğuz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
RegionTV.info  xəbər verir ki, hadisə bu gün axşam saatlarında, İsmayıllı-Qaraməryəm-Şəki magistral yolunun Oğuz rayonu Qumlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "VAZ-2106" markalı minik avtomobili "NİVA" markalı kombayna çırpılıb. Nəticədə minik avtomobili yararsız vəziyyətə düşüb, sürücü ağır bədən xəsarətlərı ilə Oğuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də