RegionTV.info
"Köpək Tələtə ölüm hökmü kəsilldi,
Şərab süz, şərab süz, dostum,
Teyleryan bu dəvəti qəbul etdi,
Şərab süz, dostum, şərab süz..."
Ermənilərin az qala "xalq mahnısı", "ən vətənpərvər erməni mahnısı" saydıqları "Qini lits" ("Şərab süz") mahnısı Tələt Paşanı Berlində qətlə yetirmiş daşnak Soqomon Teyleryana həsr olunub.
Mahnıda türklər "köpəklər, cəlladlar, qatillər" adlandırılır.
Hələ sovet illərində ermənilər bu mahnını ifa edir, qürrələnirdilər, övladlarına da "türk qatildir, düşməndir, harada türk görsən, öldürməlisən, türkün qanı halaldır" deyirdilər.
Ermənilər "türk" söylədikdə sadəcə, osmanlı türklərini yox, azərbaycanlıları da nəzərdə tuturdular.
"Qini lits" mahnısı erməni xislətinin, türk düşmənçiliyinin, Türkiyəyə və Azərbaycana zooloji nifrətin izharlarından biridir.
Dünən İrəvanınn mərkəzindəki Respublika Meydanında ölkənin sabiq prezidenti Robert Köçəryanın başçılıq etdiyi "Ermənistan" ("Hayastan") blokunun son seçkiqabağı mitinqi oldu.
İlkin və təqribi hesablamalara görə, 62 min erməninin qatıldığı bu mitinqdə Robert Köçəryan "strateji silah"larından birindən yararlanıb.
Onun çıxışından sonra tribunaya Siranuş Köçəryan çıxıb və iki mahnı oxuyub.
"Siruşo" kimi bu müğənni R.Köçəryanın gəlinidir.
Robert Köçəryan tribunada deyib: "Bu gün buraya, mitinqə ailəmlə gəldim. Çox böyük ailəm var, lakin indi burada onun kiçik hissəsi var. Levon və Siruşo! Siruşo, nə isə demək istəyirsiniz?"
Mitinqə əri, Robert Köçəryanın kiçik oğlu Levonla gəlmiş Siruşonun ifa etdiyi ikl mahnı "Qini lits" olub.
İfaları başa vurandan sonra Siruşo meydandakılara səslənib: "İçində türk olan erməni türkdən daha betərdir! İçinizdəki o türkü öldürün, doğru seçim edin! Ermənistanı bu bəladan qurtaracağıq!"
Vəcdə gəlmiş Köçəryan özünü saxlaya bilməyərək "Bravo!" söyləyib.
Siruşonun bu kəlmələri Robert Köçəryanın ötən həftə Zəngəzurda seçicilərlə görüşündə söylədiklərinin tam təkrarıdır.
İrqçilik, ekstremizm və ksenofobiyanın təbliğatı sayıla biləcək, türk düşmənliyini vəsf edən və erməniləri "türkü öldürməyə" çağıran "Qini Lits" mahnısının Köçəryanın seçki mitinqində səslənməsi təəccüblü deyil.
Ermənistanın sabiq prezidenti Robert Köçəryan Birinci Qarabağ müharibəsində minlərlə, on minlərlə azərbaycanlıya divan tutulmasında, soydaşlarımıza vəhşicəsinə işgəncələr verilməsində, onların xüsusi amansızlıqla qətlə yetirilməsinə rəhbərlik edib, yüzlərlə azərbaycanlının qətlində bilavasitə iştirak edib.
"Qini Lits" əslində Köçəryanın mahiyyəti, şüuru və dünyagörüşüdür
https://youtu.be/cmOcwmJeo7E
Xəbəri paylaş