Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yaşar Nurinin həyat yoldaşı NARAZIDIR: “...Müğənniyə deyib, gəlim evini təmizləyim”

Mart ayında  mərhum xalq artisti Yaşar Nurinin ev muzeyindən onun aksesuarları oğurlanıb. Bu barədə sənətkarın həyat yoldaşı Rəhimə xanım açıqlama verib.                                  
RegionTV.info məsələnin nə yerdə qaldığını öyrənmək üçün Rəhimə xanımla əlaqə saxlayıb. O, oğurlanan əşyaların tapıldığını söyləyib:
"Lakin istintaqa görə, olayın detallarını danışmaq olarmı, bilmirəm. Yoxsa bəhs edərdim. Ümumiyyətlə, Yaşarla bağlı çox arzum var. Sentyabr ayında onun 70 illik yubileyidir. Hər halda dövlət səviyyəsində keçiriləcək. Teatrın da açılışı ola bilər. 
Aidiyyəti qurumlara bildirmişəm. Cavabları məni qane etməyib. Hələ gözləyirik. Bilmirəm, bu durum nə qədər davam edəcək. Bunun pandemiya ilə əlaqəsi yoxdur.  Həll oluna bilər. Laqeydlik yalnız mənə edilmir. 
Mənim kimi mərhum aktyorların həyat yoldaşları var. Onlar da eyni problemləri yaşayırlar. Məsələn, Arif Quliyevin həyat yoldaşı ilə onun ölümündən sonra bir neçə dəfə danışdıq. Başa düşdüm ki, ailəsində  nələr baş verir. Hələ onun  vəfatından qısa müddət keçib, lakin  problem yaşamağa başlayıblar. 
3-5 il sonra nə edəcəklər? Başqa xalq artistinin həyat yoldaşı imkansızlıqdan gedib hansısa müğənnidən xahiş edib ki, gəlim evini təmizləyim. Bütün xalq və əməkdar artistlərinin , həyatını itirmiş sənətkarların ailələrinə nəzarət lazımdır.
Yalnız maddi deyil, həm də mənəvi dəstək, qayğı, yaxud da bayramlarda, özəl günlərdə  təbrik etmək gərəkdir. Belə qayğı yoxdur.  Anlamıram, bu,haradan qaynaqlanır. Buna qanun lazım deyil. Sadəcə  zəng edib  diqqət göstərilməldir. Bəlkə, onların rahatlıqla həll edə biləcəyi problemdir".
Rəhimə xanım hələ də Mədəniyyət Nazirliyinin onunla əlaqə saxlamadığını xüsusi vurğulayıb:
"Ona görə təəccüblənirəm. Halbuki Yaşar böyük şəxsiyyət olub. Mən tərifləmək üçün demirəm. O, ulduzlardan biri idi. 2012-ə qədər əldə etdiyi naliyyətlər, xalqın sevgisi var. Maddi cəhətdən də durumumuz yaxşı idi. Bağ evindən əşyaları oğurlananda Mədəniyyət Nazirliyinə müraciət etdim. Sadəcə açıqladılar ki, dövlət muzeyi olmadığı üçün qarışmırıq. 
Zəng edib mənimlə danışa bilərdilər. Bundan gileylənirəm. Yaşarın sağlığında aldığı titullardan, Şöhrət nişanından bəhs edirlər. Onları özü qazanıb. Söhbət vəfatından sonra  baş verənlərdən gedir. Bir ay əvəl səlahiyyətli bir xanımla danışdım. Çox  soyuq söhbət etdi. Dedim ki, həyat yoldaşımı itirmişəm, gərək mənimlə anlayışlı danışasınız.
Dediklərimə reaksiya verməlisiniz. Yetmiş illik yubileyinin necə keçiriləcəyini öyrənmək istəyirdim. Bildirdi ki, pandemiyaya görə neçə nəfərin yubileyi keçirilməyib, siz tələsirsiniz. Bir təklif irəli sürdüm. Yaşar arzu edirdi ki, teatrın qarşısında  böyük parkda səyyar  şəkildə tamaşada oynasın. Bir az qeyri-adi idi. İstərdim ki, açıq havada onun 70 illik yubileyinə həsr olunan tədbir baş tutsun".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də