Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Təcili: DTX Qarabağda əməliyyat keçirib

RegionTV.info                                                                                                 
Daşaltıda yeddi tondan artıq çətən kolu məhv edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən "Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar olunub.Qubadlı Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əliquluuşağı kəndi ərazisində yabanı halda bitmiş 2,9 tondan artıq çəkidə 5630 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Yevlax stansiyası Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qax rayonun Uzuntala kənd ərazisində dəmir yolunun kənarında yabanı halda bitmiş çəkisi 3,2 ton olan 3780 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də