
Bunu RegionTV.info-ya açıqlamasında Milli Məclisin deputatı Səməd Seyidov bildirib. O daha sonra yayılan məlumatla bağlı bunları deyib:
" Mən bir daha rəsmi bəyan edirəm ki, heç bir toy məclisi keçirilməyib. Pandemiya dövründə bu ola da bilməz. Bəli, mən kiminləsə quda ola bilərəm, amma bu o demək deyil ki, mən toy eləmişəm. Övladlarımız gedib zaks ediblər, ancaq toy məclisi keçirilməyib."
Qeyd edək ki, deputatın oğlu Urxan Seyidov “EFES Elçin” kimi tanınan iş adamı, “CARÇIOGLU GROUP” MMC-in prezidenti Elçin Carçıyevin qızı ilə nikaha daxil olub. Yayılan məlumatda bu gün cütlüyün Bakıda toy mərasiminin keçirildiyi bildirilirdi.