İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məxsus “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin direktoru Fərid Cəfərov vəzifəsindən azad edilib.
RegionTV.info xəbər verir ki, hazırda şirkətə onun müavini Natiq Məlikov rəhbərlik edir.
F.Cəfərova isə xidmətin aparatında yeni vəzifə verildiyi bildirilir.
Xatırladaq ki, “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” 2009-cu ildə yaradılıb.
Xəbəri paylaş