Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Səməd Seyidov TBMM rəsmisi Akif Kılıcla telefonla danışııb






Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Akif Kılıç və Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov arasında telefon danışığı baş tutub.

Milli Məclisdən verilən məlumata görə, telefon danışığı zamanı Ermənistanın Azərbaycana qarşı təcavüzü müzakirə olunub. Akif Kılıç Ermənistanın təxribat xarakterli hərbi hücumlarının qarşısını alarkən həyatlarını itirən hərbi qulluqçular, eyni zamanda dinc əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrinin iriçaplı silahlarla atəşə tutulması nəticəsində həlak olan mülki şəxslərlə bağlı dərin hüznlə başsağlığı verib, yaralananlara isə Allahdan şəfa diləyib.

O, bir millət, iki dövlət olaraq Türkiyənin daim qardaş Azərbaycan xalqının yanında olduğunu və onun haqq işini hər zaman olduğu kimi dəstəklədiyini bildirib. Danışıq zamanı əlaqələrin bundan sonra daha mütəmadi şəkildə təşkil olunması barədə razılıq əldə olunub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də