
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Ağsu rayonunda yerləşən 3 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinə yeni rəis təyin olunub.
Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, sözügedən vəzifəyə polis polkovnik-leytenantı Bayram Zeynalov təyinat alıb.
Qeyd edək ki, o, Hacı Mazan ləqəbli iş adamı Ramazan Zeynalovun oğludur.