Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Həbsdə olan sabiq nazir azadlığa buraxıldı

Naxçıvanın sabiq təhsil naziri Məmməd Qəribovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
RegionTV.info-nun əldə etdiyi məlumata görə, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində M. Qəribova şərti cəza verilib və azadlığa buraxılıb.

Qeyd edək ki, bir müddət əvvəl M. Qəribov və sabiq daxili işlər naziri Əhməd Əhmədov mənimsəmədə ittiham olunaraq həbs olunub.

Ə. Əhmədov məhkəmənin hökmü ilə 11 il azadlıqdan məhrum edilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də