Bakının mərkəzi prospektində baş verən qəza böyük tıxaca səbəb olub - FOTO
Tarix: 18-06-2021, 10:02Xəbərə baxış: 115
Bakının 8 Noyabr prospektində yol-nəqliyyat hadisəsi olub.
RegionTV.info-nun verdiyi məlumata görə, hadisə səhər saatlarında baş verib. Belə ki, 8 Noyabr prospektində, Nargilə kafesinin yanında iki nəqliyyat vasitəsi toqquşub. Qəza yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlığa səbəb olub.