Respublika Gigyena və Epidimiologiya Mərkəzi paytaxtın 6 rayonu ərazisində fəaliyyət göstərən çimərliklərdə dəniz suyunun normativləri ilə bağlı monitrorinq aparıb. Məlum olub ki, bəzi çimərliklərdə suyun tərkibi pisdir və bu da ciddi xəstəliklər yarada bilər. Ona görə də, həmin çimərliklərdə dənizə girmək qadağan edilib.
RegionTV.info xəbər verir ki, qadağaya baxmayaraq, insanlar rahatlıqla həmin ərazilərdə çimirlər. Bu isə sözügedən çimərliklərə nəzarət məsələsini gündəmə gətirir.
Bakıda bəzi çimərliklərdən götürülən bakteoroloji nümunələr standartlara uyğun gəlməyib. Buna görə də, həmin ərazilərdə vətəndaşların dənizə girməsi, çimərliklərdən istifadə etməsi qadağan edilib.
Respublika Gigyena və Epidimiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirir ki, çimərlik mövsümü ilə əlaqədər dövlət sanitariya xidməti orqanı çimərlik suyunun loaborotor müayinəsini aparıb. Bir litr suda bağırsaq çöplərinin icazə verilən norması həddindən artıq çox olub
Qərar qəti olsa da, buna əməl edən yoxdur. Xüsusilə şəhərə yaxın olan və çimmək tövsiyə olunmayan çimərliklərdə adam əlindən yerimək mümkün deyil.
Respublika Gigyena və Epidimiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyir ki, çimərliklərdə qadağa ilə bağlı aidiyyatı qurumlara məktub göndərilib. Onlar bu çimərliklərə nəzarət etməli, insanları buraxmamalıdırlar
Bakı Şəhər İcra Hakimiyyətindən bildirildi ki, həmin çimərliklərə insanların buraxılmaması onların səlahiyyətində deyil. Fövqəladə Hallar Nazirliyindən isə bildirildi ki, onlar yalnız icazə verilən və ictimai çimərlik ərazilərində suda təhlükəsizlik tədbirlərini həyata keçirirlər. Daxili işlər nazirliyindən isə dedilər ki, qadağan olunmuş ərazilərdə nəzarət profilaktik tədbirlər gücləndiriləcək.
Xəbəri paylaş