
Bu barədə RegionTV.info xəbər verir.
Nikol Paşinyan bildirib ki, ikinci Qarabağ müharibəsində həlak olan hərbçilərin sayı 3 700 nəfəri ötüb. "Bugünkü günə olan məlumata əsasən müharibədə 3 705 nəfər həlak olub, daha 268 nəfər itkin düşüb”, - deyə baş nazir vəsifəsinin icraçısı seçkiqabağı kampaniya zamanı keçirilən debatda deyib. Qeyd edək ki, Paşinyan daha əvvəl də Ermənistanın müharibədəki itkilərinin sayının təxminən 4 000 nəfərə çatacağını deyib.
Ötən gün Xocavənddə aparılan axtarış işləri zamanı Ermənistan ordusunun ikinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən məhv edilən, lakin itkin düşmüş sayılan daha 3 hərbçisinin meyitinin qalıqları tapılıb. Bununla da Ermənistanın ikinci Qarabağ müharibəsində məhv edilmiş, lakin bu günə qədər itkin düşmüş sayılan hərbçilərinin sayı 1 579 nəfərə çatıb.