Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda şok olay: taksi sürücüsü müştəriyə görün nə etdi

RegionTV.info                                                                                                   
Saatlı sakini Bakıda taksi sürücüsünün fırıldağının qurbanı olub.
Müştəri kimi taksiyə əyləşən şəxs iddia edir ki, onu mənzil başına çatdıran sürücü gedişhaqqını alan kimi çantaları avtomobilin yük yerindən götürməyə imkan verməyərək ərazidən uzaqlaşıb. Sürücü müştərinin çantalarını unudub, yoxsa qaçırıb?
Taksi ilə Masazır qəsəbəsindən metronun ''20 yanvar'' stansiyası istiqamətində gələn müştəriyə külli miqdarda ziyan dəyib. Saatlı sakini 57 yaşlı Elşad Məmmədovun sözlərinə görə, ''20 yanvar'' dairəsinə gəlmək üçün bir manatdan sərnişindaşıma ilə məşğul olan bir sürücünün avtomobilinə əyləşib. Elşad Məmmədov bir neçə saat həmin ərazidə gözləyib ki, bəlkə sürücü həmin çantaları gətirib qaytara. Gəlmədiyindən zərərçəkmiş ''102-i xidməti''nə məlumat verib. Əraziyə 19-cu polis şöbəsinin əməkdaşları gəlib və izahatın alıblar.
 
Zərərçəkmiş deyir ki, həmin şəxs maskalı olduğundan üzünü dəqiq görə bilməyib. Ağsaqqal onu da iddia edir ki, həmin şəxs onun çantalarını avtomobilində unutmayıb. Niyyəti qaçırmaq olub. İndi polis ərazidəki ''Təhlükəsiz Şəhər'' kameraları vasitəsilə həmin nəqliyyat vasitəsini axtarır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də