Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Cinlər mənə onu yerə at dedi" - İki yaşlının ölümünə səbəb olan ana

Tekirdağda (Türkiyə) əri Ahmet Dumanlıoğludan boşanıb anası ilə yaşayan Ümmühan adlı qadının iki yaşlı qızını pəncərədən yerə atması hər kəsi şoka salıb.                                          
RegionTV.info xəbər verir ki, ağır yaralanan körpəni xəstəxanaya çatdırsalar da, onu xilas etmək mümkün olmayıb. Qorxunc olayın ardınca saxlanılan qadın verdiyi ifadədə "mənə cinlər yaxınlaşdı və uşağı yerə atmağımı bildirdilər. Atmasan qızın cəhənnəmə düşəcək" dedilər" deyib. "Sonra dərhal aşağıya qaçdım, qızımı götürdüm və anamgilə getdim. Xəstəxanaya aparıldı ", - deyə əlavə edib.
Qızını göz yaşları içərisinə basdıran ata Ahmet Dumanlıoğlu boşanma mərhələsində olduğu Ümmühan Dumanlıoğlu haqqında polisə şikayət edib. Ahmet Dumanlıoğlu açıqlamasında "1,5 ildir ayrı evlərdə yaşayırıq. Psixoloji narahatlığı var idi. Mən iddiaçıyam və qızımın ölümünə səbəb olan həyat yoldaşımın tutulmasını istəyirəm", - deyib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də