
RegionTV.info xəbər verir ki, sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında “MAZ” markalı yük avtomobilinin idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşməsi nəticəsində avtomobildə olan hərbi qulluqçular – baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oğlu dünyasını dəyişib.
Vəfat edən hərbçilərimizin fotolarını təqdim edirik.
Qeyd edək ki, hadisə ilə əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə ilkin araşdırma tədbirləri həyata keçirilir

