Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Dollar sürətlə bahalaşır

RegionTV.info                                                         
ABŞ-ın Mərkəzi Bankı funksiyasını yerinə yetirən Federal Ehtiyat Sisteminin (FED) növbəti dəfə uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlaması dünya bazarında ABŞ dollarının möhkəmlənməsinə gətirib çıxarıb. “Report” xəbər verir ki, bu məlumatın açıqlanmasından sonra dollar dünyanın digər valyutaları ilə müqayisədə möhkəmlənməyə başlayıb. Belə ki, avronun ABŞ dollarına qarşı məzənnəsi 1,2124 USD/EUR səviyyəsindən 1,2043 USD/EUR-a kimi geriləyib. Dollar Yaponiya yeninə qarşı möhkəmlənib və 110,07 yenə çatıb. COMEX-də qızılın bir unsiyasının qiyməti isə 1,02 % azalıb və 1837,6 ABŞ dolları olub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də