Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda çimərliyi insanların üzünə bağladılar - FOTO

Bakı çimərliyi açılar-açılmaz vətəndaşlar üçün müəyyən problemlər yaranıb.
RegionTV.info xəbər verir ki, sosial şəbəkələrdə yazılanlara görə, Bilgəh qəsəbəsində “Daçnikov” çimərliyə gedən girişi vətəndaşlar üçün hasarlanıb.
Çimərliyə giriş yol dəmir arakəsmə ilə bağlanıb.
Bu da haqlı olaraq vətəndaşların narazılığına səbəb olub.
Məsələyə aydınlıq gətirmək üçün Sabunçu rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
Qurumdan  verilən məlumata görə, bu məsələ araşdırılacaq. Araşdırma aparılandan sonra ətraflı məlumat veriləcək.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də