Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakı bulvarında həyəcanlı anlar - Bir nəfər öldü

Bakı bulvarında intihar hadisəsi olub.
Bu barədə RegionTV.info-ya  Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda 1 nəfərin özünü dənizə atması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1954-cü il təvəllüdlü İsmayılov Elbrus İsmayıl oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də