Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda gecə saatlarında ÜZÜCÜ XƏBƏR: Ölən və yaralılar var - FOTOLAR

Qax rayonunda ağır yol qəzası baş verib.
RegionTV.info xəbər verir ki, hadisə bu gün axşam saatlarında Qorağan-Qax-Zaqatala avtomobil yolunun, Qaxın Ləkit kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Qax istiqamətində hərəkət edən Ləkit kənd sakininin idarə etdiyi 10-KE-722 dövlət qeydiyyat nişanlı "Daewoo" markalı minik avtomobili, Balakən rayonu istiqamətində hərəkət edən 99-VX-849 dövlət qeydiyyat nişanlı "Mercedes Vito" markalı mikroavtobusla toqquşub.
İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Fakt araşdırılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də