RegionTV.info xəbər verir ki, ötən həftələrdə Yardımlı rayonu Ostair kəndində məktəb direktorunun işçisini məcbur edib müəllimi şantaj etmək məlumatı aşkarlanıb. Baş verənlər kənd sakinləri tərəfindən birmənalı qarşılanmayıb. Baş verən olay kəndi əməlli başlı bir-birinə qatıb. Hadisə kənd camaatının ayağa qalxıb hadisə səbəbkarından hesab sorması ilə nəticələnib.
Belə ki, Mahir İmanov adına Ostair kənd tam orta məktəbinin direktoru Asəf Güloğlan oğlu Əliyev məktəbdə xadimə işləyən qadını, pul müqabilində hədə qorxu gələrək həmin məktəbin müəllimi Vahid Səfərovun haqqında şantaj tipli həqiqətə uyğun olmayan məlumatları kağıza yazdıraraq kəndin gediş gəlişi çox olan ərazilərinə atmağa məcbur edib.
Daha sonra kənd sakinləri tərəfindən aşkarlanaraq oxunan anonim kağızlarda “güya həmin məktəbin müəllimi Vahid Səfərov 20-yə yaxın kənd qadınlarına qarşı əxlaqsız hərəkətlər edir, İran İslam Respublikasının ərazisinə narkotiklərin keçirilməsini təmin edir, məktəbdə azyaşlı uşaqlara qarşı əxlaqsız hərəkətlər edir” kimi cümlələr əksin tapıb. Hadisədən xəbərdar olan Vahid Səfərov və kənd camaatı rayon Polisinə müraciət edərək səbəbkarın tapılmasını xahiş ediblər. Kənd camaatının və Polisin səyi nəticəsində həmin məktəbdə aparılan araşdırmalar zamanı, şantaj tipli kağızları yazaraq kənd ərazisinə atan şəxsin məktəbin xadiməsi olması məlum olub. Qeyd edək ki, hadisənin səbəbkarının aşkarlanması yazı xətti ilə müəyyən edilib. Daha sonra dindirilmə zamanı həmin xadimə qadın törətdiyi əməli etiraf edib.
Xadimə qadın etiraf edib ki, onu bu işi görmçəyə məcbur edən məktəbin direktoru Asəf Əliyev olub. Xadimə bildirib ki, Asəf Əliyev ona pul təklif edərək, həm də hədə-qorxu gələrək, məktəbin müəllimi Vahid Səfərovun haqqında qeyd olunan şantaj tipli məlumatlartı bir kağıza yazıb kənd ərazisinin gediş-gəlişi sıx olan dörd tərəfinə atmağa məcbur edib. O da qorxduğundan məcbur qalıb direktorun istəyini yerinə yetirib. Xadimə qadın həmçinin bu etirafları kənd camaatının, Bələdiyyə və Kənd İcra Nümayəndəsinin qarşısında açıq etiraf edib. Onun etirafını kənd sakinlərindən biri lentə alıb.
Məlumata görə hazırda işlə bağlı Yardımlı Polisi tərəfindən araşdırma aparılır.
Baş verənlərlə bağlı media olaraq qeyd etməyi zəruri hesab edirik ki, bir təhsil ocağında direktoru tərəfindən belə xoşagəlməz halların baş verməsi əsil faciədir. Təhsil Cəmiyyətin gələcəyinin təminatıdır. Hələ ki, Polis araşdırması davam etdiyindən xadimənin dediklərinin nə dərəcədə direktora aid olmasını nəzərfə alaraq hadisəyə geniş şərh vermək istəmirik. Lakin görünən odur ki, bir məktəbdə belə çirkin analoqu olmayan hadisənin baş verməsi məktəb direktorunu və rayon Təhsil Şöbəsinin rəhbərliyini məsuliyyətdən kənarda qoya bilməz. Baş verənlər onu göstərir ki, sözügedən məktəb əslində sahibsiz bir məktəb olub, rayon təhsil şöbəsinin nəzarətindən kənarda qalıb. Bir rayonun məktəbində belə bir çirkin hadisə baş verirsə, demək ki, həmin rayonda ya Təhsil Şöbəsi yox səviyyəsindədir, ya da Təhsil Şöbəsinin rəhbərliyinin başı başqa işlərə qarışıb.
Məlumat üçün qeyd edək ki, iddialara görə həmin məktəbin direktoru Asif Əliyev Qafqaz Univerisitetinin keçmiş Prorektoru işləmiş Nəbiyev Şaiq Ağagül oğlunun yaxın qohumudur. İddialara görə Şaiq Nəbiyev Fətulla Gülənlə əlaqəli şəxs olduğundan ölkəni tərk edib, hazırda Amerikada yaşayır. Hətta həmin məlumatlara internet səhifələrində də rast gəlmək mümkündür.
İnanırıq ki, təhsil ocağında belə bir çirkin hadisənin baş verməsində səbəbkar olanlar tezliklə layiqli cəzalarını alacaqlar və Təhsil Nazirliyi də bu məsələyə biganə qalmayacaq.
Qarşı tərəfin mövqeyini öyrənməyə çalışsaq da səylərimiz baş tutmadı. Qarşı tərəf mövqeyini bildirərsə, dərc etməyə hazırıq.
Mövzunu diqqətdə saxlayacağıq.
Davamı var....!
Xəbəri paylaş