Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"İrandakı İsrail casuslarını tapıb üzə çıxaracaq məsul şəxsin özü də MOSSAD agenti idi" - İranın sabiq Prezidenti

"İsrailin "MOSSAD" kəşfiyyatının agentləri İran xüsusi xidmət orqanlarında əsas vəzifələrə nüfuz ediblər".
RegionTV.info bildirir ki, İran İnternational internet nəşrinin 2005-2013-cü illərdə ölkə prezidenti olmuş Mahmud Əhmədinejaddan gətirdiyi sitatda belə deyilir.
Nəşrin yazdığına görə, İranın sabiq prezidenti bildirib ki, İsrail casuslarının aşkarlanmasına cavabdeh olan İran kəşfiyyatının yüksək rütbəli əməkdaşı özü "MOSSAD" agenti olub. Lakin Əhmədinejad söhbətin konkret kimdən getdiyini və bu əməkdaşın nə vaxt rəhbər vəzifə tutduğunu dəqiqləşdirməyib.
Beləliklə, siyasətçi İsrail kəşfiyyat idarəsinin sabiq rəhbəri Yosi Koenin İranın "Amad layihəsi" adlı nüvə silahının inkişafı proqramı ilə bağlı arxivdən 55 min şəhadətnamə və 55 min faylın gizli şəkildə çıxarıldığından bəhs edən müsahibəsini şərh edərkən İsrail xüsusi xidmət orqanlarının İran istiqamətində uğurlu fəaliyyətinin səbəbini izah edib.
"Son dərəcə vacib sənədlər oğurlanıb və ölkənin təhlükəsizliyi təhlükə altındadır", – deyə eks-prezident bildirib.
“Bunu yalnız sənədlər düşmənlərimizin əlinə keçəndə öyrəndik... İran Kosmik Agentliyinin sənədləri agentliyin rəhbərinə məxsus seyfdə saxlanılırdı. Agentlər seyfi sındıraraq açıb və sənədləri götürüblər”, - Əhmədinejad xatırladıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də